2018-ci ildə dünyada 1,3 milyona yaxın insan vərəm xəstəliyindən dünyasını dəyişib.
Medpress.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilatın hesabatında qeyd edilir ki, ötən il 10 milyona yaxın insan vərəmə yoluxub. Onların 3,2 milyonu qadın, 1 milyonu uşaq olub.
Bundan başqa, vərəmə yoluxanların 90 faizi 15 yaşdan yuxarı olub. Bu xəstəliyin ən çox yayıldığı ölkələr Afrika və Asiya qitələrində yerləşir.