Ərdoğan hər gecə yatmazdan əvvəl yediyi qarışımı açıqladı – MÖCÜZƏ RESEPT – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər gecə yatmazdan əvvəl yediyi şəfalı qidanın nədən ibarət olduğunu və hazırlanma qaydasını açıqlayıb.

 

Ərdoğan hər gecə yatmazdan əvvəl yediyi qarışımı açıqladı - MÖCÜZƏ RESEPT - VİDEO“Medpress.az” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tokata səfəri zamanı fermerlərlə görüşündə bu  barədə danışan Prezident şəfa qaynağı olan qarışımı özünün hazırladığını deyib: “Hər axşam yatmamışdan qabaq camış qatığına 3-5 ədəd Mədinə xurması doğrayır, bir çay qaşığı şabalıd balı və yulaf əzməsi də əlavə edərək qarışdırır, yeyib yatıram”.

 

Camış qatığının faydasını xüsusi vurğulayan Rəcəb Tayyib Ərdoğan Əskişəhər və Ankaranın Mamak ilçəsinin bələdiyyə sədrlərinin ona məxsusi olaraq camış qatığı göndərdiklərini söyləyib.

 

(Visited 50 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir