Azərbaycanda uşaq ölümü səviyyəsi yüksəkdir – DƏHŞƏTLİ STATİSTİKA

“2010-2018-ci illərdə Azərbaycanda nikahlarda azalma (7,5-6,5), boşanmalarda isə sürətli artım (1,5-1,8) müşahidə olunur”.

 

 

Medpress.az “report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov bildirib.

 

O, körpə ölümünə görə şəhərlə kənd əhalisi arasında böyük fərqlər olduğunu vurğulayıb.

 

Etibar Bədəlovun sözlərinə görə, ölkədə uşaq yaşda (0-14) ölüm sayının 10 faizdən yüksək olması qonşu ölkələr arasında ən böyük göstəricidir.

 

Onun fikrincə, demoqrafik proseslərdə baş verən mənfi proseslərin qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlər görülməli və əhalinin tibbi sığorta məsələləri tezliklə həyata keçirilməlidir.

 

 

 

(Visited 57 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir