Çox səyahət edən uşaqlar həyatda daha böyük uğur qazanacaqlar – ARAŞDIRMA

Uşaqlarınızın məktəbdə daha yaxşı oxumasını və daha çox uğur qazanmasını istəyirsiniz? 1500 amerikalı müəllim arasında araşdırma zamanı onların 74 faizi səyahətin məktəblilərin şəxsiyyətinin inkişafına müsbət təsir göstərdiyi fikri ilə razılaşıb.  

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, rəyi soruşulanların 56 faizi söyləyib ki, səyahət uşağın emosiyalarına müsbət təsir edir, eləcə də yumor hissini inkişaf etdirir. Sən demə, yeni mədəniyyətlə tanış olmaq imkanı qazanan uşaqlar, böyük ehtimalla suallar verir, hər şeyi bilmək intellektuallığı göstərir, həvəslə oxuyur və yeni nəsə araşdırırlar.

 

Bundan əlavə, səyahət edən uşaqlar daha dözümlüdür, əməkdaşlığa hazır olur və hörmət nümayiş etdirirlər. Bir tərəfdən, bu cür səyahətlər ailə büdcəsinə ciddi ziyan vurur, ancaq müəllimlər əmindirlər ki, valideynlər öz investisiyalarının əvəzini mütləq alacaqlar.

 

Sorğunu Tələbə və gənclər turizmi assosiasiyası (Student and Youth Travel Association) keçirib.

 

(Visited 87 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir