Xurma təkcə dadlı və bol vitaminlərlə zəngin qir meyvə deyil, həm də üzü effektli cavanlaşdıran gözəl inqridentdir. Bundan əlavə, xurma piqmentasiyanı (Piqmentasiya – dəri rənginə görə cavabdeh olan melanin piqmentinin həddindən artıq hasil olunması nəticəsində dəri sahələrinin tünd və ya açıq rəng almasıdır) yaxşı ağardır, sakitləşdirir və iltihabı götürür.
Medpress.az xarici mediaya istinadən istənilən növ dəri üçün 3 xurma maskasını təqdim edir. Resept sadədir və inanılmaz effektlidir. Meyvəni ovxalayın, yaxud püre halına gətirin, sonra çalınmış yumurta ilə qarışdırıbn. Yağlı dəri üçün yumurtanın yalnız ağını, quru dəri üçün sarısını qatırıq.
Dərisi normal olanlar yumurtanı bütün də istifadə edə bilər. Maskanı üzə nazik təbəqə sürtürsünüz, bunu ən yaxşısı yatmaqdan əvvəl etmək məsləhətdir, 20 dəqiqəyə yaxın saxlayırsınız və sonra isti su ilə yuyursunuz.
Belə cavanlaşdıran maskanı həftədə iki dəfə təkrar etmək məsləhətdir.