Qanda şəkərin yoxlanılması niyə vacibdir?

Şəkər yoxlamaq üçün hər kəs zaman zaman qanını yoxlatmalıdır. Özünüzü yaxşı hiss etsəniz belə. Heç bir çətinlik və narahatlıq yoxdur, amma faydaları göz qabağındadır.

 

Hansı əlamətlərə görə qanda şəkərin artımını bilmək olar?

Klassik simptom daimi susuzluqdur. Sidik miqdarında artım (tərkibindəki qlükoza səbəbiylə), sonsuz ağız quruluğu, dərinin və selikli qişanın (daha çox cinsiyyət orqanlarında) qaşınması, ümumi zəiflik, yorğunluq və qaynama da narahatlıq doğurur. Ən azı bir simptomu və xüsusən də onların birləşməsini görsəniz, təxmin etmək deyil, həkimə müraciət etmək daha yaxşıdır. Və ya yalnız səhərlər ac qarına şəkəri yoxlamaq üçün barmaqdan qan analizi verin.

 

II Tip  diabetli xəstələrin yarısının xarakterik simptomları yoxdur. Yəni hər kəs şəkər səviyyələrini vaxtaşırı yoxlamalıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 40 yaşdan sonra hər 3 ildən bir qanı yoxlamağı tövsiyyə edir. Risk altındasınızsa (kilolu, diabetli qohumlarınız varsa), hər il. Bu, xəstəliyə başlamamağa və komplikasiyaya yol açmamağa imkan verir.

 

(Visited 316 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir