Evinizdə koronavirus xəstəsi varsa… Əməl etməli olduğumuz 3 əsas ŞƏRT

İnsan orqanizmi immun sisteminin işi sayəsində koronavirusun öhdəsindən gələ bilər. Digər tərəfdən, virusun çox az dozasını almaq da infeksiyanı asanlıqla keçirməyə səbəb olur. Bu üzdən koronavirus xəstəsi ilə eyni evdə yaşayan insanlar bunları diqqətdə saxlamalıdırlar. Yəni virusa yoluxmamaq üçün evdə onun azalmasına çalışmaq lazımdır. Bunun üçün yoluxmuş insanın olduğu evdə digərlərinin maska taxmaları, maskanı tez-tez dəyişdirmələri lazımdır.

 

evdə koronavirus xəstəsi varsa

 

Medpress.az mütəxəssislərə istinadən evdə infeksiyanın profilaktikası ilə bağlı digər tədbirləri təqdim edir. Həkimlərin məsləhətinə görə, pəncərələri açaraq mənzili mümkün qədər daha tez-tez havalandırmaq lazımdır – təmiz hava axını otaqdakı virus hissəciklərinin konsentrasiyasını azaldır.

 

Müntəzəm olaraq otağı nəm əski ilə silmək lazımdır. Xüsusən də ən çox toxunulan səthləri xlor tərkibli vasitə ilə təmizləmək məsləhətdir.

 

 

(Visited 132 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir