Azərbaycan pis qidalanmaya görə ən yüksək ölüm olan ölkədir – ARAŞDIRMA

Almaniyanın Yene şəhərinin Fridreix Şiller adına universitetinin alimləri MDB ölkələrində yanlış qidalanma səbəbindən ölümün ən yüksək həddə olduğunu müəyyən ediblər.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu siyahıda birinci yerdə Özbəkistandır. Bu ölkədə keyfiyyətsiz qidalanma səbəbindən ildə 100 min əhaliyə 394 ölüm düşür. Onun ardınca Türkmənistan, Qırğızıstan, Ukrayna, Moldova, Azərbaycan, Belarus, Tacikistan və Qazaxıstan gəlir.

 

Vətəndaşlarının qida rasionlarına əməl etdikləri ölkələrin siyahısına isə İspaniya, İsrail və Fransa başçılıq edir. Bu ölkələrdə sağlam olmayan yemək səbəbindən 100 min nəfər əhalidən 43-dən 46-ya qədər ölüm qeydə alınır.

 

Məlumata görə, bu ölkələrdə insanlar daha çox tərəvəzdən istifadə edirlər, yağlı yeməklərə ciddi məhdudiyyət qoyurlar.

 

Almaniyalı araşdırmaçıların statistikası 1990-2016-ci illərdəki məlumat əsasında hazırlanıb.

 

(Visited 152 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir