Qadın meyitxanada dirildi və xəstəxanada öldü

Amur vilayətində sağ qadın səhvən meyitxanaya gətirilib. Yanvarın 11-də Beloqorsk rayonu, Vasilyevka kəndindəki evlərdən birində bir neçə nəfər spirtli içki qəbul edib. Səhərə yaxın oradakılardan biri birgə stol arxasında oturduqları 63 yaşlı qadının həyat əlamətlərinin getdikcə aşağı düşdüyünü müəyyənləşdirib.

 

Medpress.az Rusiya mediasına istinadən bildirir ki, hadisə yerinə polis çağırılıb və qanun keşikçiləri təcili yardım çağırılmasına ehtiyac olmadığını, qadının öldüyünü söyləyiblər.

 

Beloqorsk xəstəxanasının baş həkimi Mixail Danilovun sözlərinə görə, qadının meyiti dəfn xidmətinin maşını ilə meyitxanaya göndərilib və qohumları dəfnə hazırlaşıblar.

 

Meyitxananın baxıcısı meyitə nömrə nişanı bağlamağa ba.layanda qadının tərpəndiyini görüb. Meyitxanaya təcili yardım briqadası çağırılıb. Qadın Beloqorsk xəstəxanasının reanimasiya şöbəsinə aparılıb, həkimlər iki saat onu xilas etməyə çalışsalar da, uğursuz olub. 63 yaşlı qadının ölümünə səbəb soyuqdəymə və zəhərlənmə olub.

 

 

(Visited 53 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir