Koronavirus daha 27 can aldı: 685 yoluxma, 1931 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1931 nəfər müalicə olunaraq sağalıb, 685 yeni yoluxma faktı qeydə alınıb.

 

Medpress.az  bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 222 min 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Onlardan 203 min 527 nəfər müalicə olunaraq sağalıb, 2845 nəfər vəfat edib. Aktiv xəstə sayı 16513 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 241 min 908 test aparılıb. Bugünkü test sayı isə 9915-dir.

 

(Visited 17 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir