Koronavirus daha 15 can aldı: 519 yoluxma, 1276 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1276 nəfər müalicə olunaraq sağalıb, 519 yeni yoluxma faktı qeydə alınıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinad edərək bildirir ki,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 225 min 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 210 min 798 nəfər müalicə olunaraq sağalıb, 2941 nəfər vəfat edib.

 

Aktiv xəstə sayı 11607 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 279 min 907 test aparılıb. Bugünkü test sayı isə 7898-dir.

 

(Visited 12 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir