Azərbaycan əhalisinin sayı 10 milyona çatır

Azərbaycandakı demoqrafik vəziyyət açıqlanıb. 

 

Medpress.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 69645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə 9967730 nəfərə çatıb. 

 

 

Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

 

 

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

 

 

(Visited 41 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir