Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4403 yoluxma faktı qeydə alınıb, 2919 nəfər müalicə olunaraq sağalıb.
Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.
Hazırki dövrədək ölkəmizdə 158 min 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 96 min 330 nəfər müalicə olunaraq sağalıb, 1755 nəfər vəfat edib. Aktiv xəstə sayı 60470 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 884 min 578 test aparılıb. Bugünkü test sayı isə 19066-dır.