Artıq çəkidən qurtulmağa kömək edən qidalar – HƏKİM MƏSLƏHƏTİ

Sağlamlıq əslində sağlam və qatqıların olmadığı qidalardan başlayır. Sağlam qidalanmanın əsasını təşkil edən komponentlərdən biri lifli qidalardır.

 

Aparılan tədqiqatlara əsasən gün ərzində hər kəsə 12-33 qram arasında lif qəbul etmək məsləhət görülür. Lifli məhsullarla qidalanma qan təzyiqini normaya salır, xolesterol səviyyəsini tənzimləyir, həmçinin mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir göstərir. Meyvə-tərəvəz və paxlalı bitkilərdə olan bəzi lif növləri orqanizmdə kalsium kimi əhəmiyyətli mineralların sorulmasına kömək edir.

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov Medpress.az-a deyib: “Lifli qidalar əsasən avakado, əncir və paxlalı bitkilərin tərkibində daha çox olur. Artıq çəkidən azad olmağa, hormonal sistemin tənzimlənməsinə kömək edir. Yaşından, cinsindən asılı olmayaraq hər kəsin lifli qidalar qəbul etməsi gün ərzində metobolizmi sürətləndirir”.

 

Lifli qidaların bir xeyri də insanı tox tutmasıdır. Onun sayəsində həm də düzgün qaydada artıq kilolardan xilas olmaq mümkündür. Qəbul edilən hər 1000 kalori üçün 14 qram lif tövsiyə olunur. Bu növ qidalar maddələr mübadiləsini yaxşılaşdırır, eyni zamanda ürək xəstəliklərinin inkişafının qarşısını alır.

 

Mütəxəssislər gündəlik qida rasionunda lifli qidalara yer ayırmağın vacibliyini qeyd edirlər. Onların fikrincə, bu növ məhsullara üstünlük vermək sağlam həyat tərzi sürməyə səbəb olur.

 

(Visited 56 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir