Azərbaycandan Rusiyaya aparılan pomidorda xəstəlik tapıldı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycandan bu ölkəyə aparılan pomidorlarda Cənubi Amerika mənşəli tomat güvəsi xəstəliyi aşkar ediblər. Medpress.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bu fakt ölkədə ilk dəfə olaraq Tomsk vilayətində qeydə alınıb.

 

Qurumun məlumatında qeyd edilir ki, Ümumrusiya Bitkilərin Karantini Mərkəzinin Federal Dövlət Büdcə Təşkilatının Tomsk filialının qərarına əsasən, pomidorlarda canlı sürfələr aşkar edilib. Mütəxəssislər bildirib ki, Cənubi Amerika mənşəli tomat güvəsi, əsasən, pomidorlara yoluxur. Onun sürfələri bitkinin yaşıl hissəsinin yumşaq toxumaları ilə qidalanır, yarpaqları yeyərək sonda ancaq şəffaf qabıq saxlayırlar. Bundan sonra zədələnmiş məhsul satış və istifadə üçün yararsız sayılır.

 

120 kiloqram belə məhsul bərk məişət tullantıları poliqonunda məhv edilib.

 

(Visited 41 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir