Bu ölkədə viaqralı enerji içkisi qadağan edildi

Zambiyada “viaqra” qarışdırılan enerji içkisinə qadağa qoyulub. Qadağa Zambiyanın tənzimləyicilərinin Power Natural High Energy Drink SX içkisinə viaqra qarışdırılması haqda şikayəti əsasında tətbiq edilib.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə gğrə, içki Uqanda, Malavi və Zimbabve kimi Afrika ölkələrinə də idxal olunur. Uqandanın dərmanlar üzrə milli idarəsindən bildirilib ki, bənzər nəticəyə müştərinin daima tərləməsi və içkinin qəbulundan sonra təxminən altı saatlıq ereksiyadan şikayətinə görə gəliblər.

 

Zambiya hakimiyyəti tərkibində viaqra olduğu təsdiqlənəndən sonra istehsalçıları içkini geri çağırmaq haqda göstəriş verib. Ölkədə bu vəziyyət həll olunana qədər içkinin istehsalı da qadağan edilib.

 

Natural Power Energy Drink SX Zambiya kişiləri arasında çox populyardır və 500 ml plastik bankalarda, əsasən supermarketlərdə və barlarda satılır.

 

(Visited 79 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir