Şirəli içkilərdəki dəhşətli təhlükə

Müxtəlif qida və içkilərə qatılan süni fruktozanın əlavə kalori kimi insanın piylənməsinə yol açdığı tibb elminə çoxdan məlumdur. Yeni elmi tədqiqatlar nəticəsində süni fruktozanın, eyni zamanda, orqanizmdəki xərçəng törədiciləri üçün əlverişli şərait yaratması da müəyyən edilib.

 

Medpress.az xəbər verir ki, amerikalı alimlər sənaye üsulu ilə istehsal edilən və müxtəlif içki və ya siropların tərkibinə qatılan şirinləşdirici süni fruktozanın bağırsaqlarda polip və şişlərin inkişafını dəstəklədiyini müşahidə ediblər. Laboratoriyada siçovullar üzərində aparılan analizlər zamanı hər gün süni fruktoza qatılmış qarğıdalı siropu qəbul edən siçovullarda qeyd edilən proses sürətlə gedib, normal su ilə qidalanan siçovullarda isə mövcud polip və şişlərin inkişafında eyni sürət baş verməyib.

 

Avstriya Teleradiosunun məlumatına görə, kornfleyk, limonadlı içkilər, yarımfabrikat qida və digər şirinləşdirilmiş qidaların tərkibindəki süni fruktoza enerjiyə çevrilərək polip və xərçəng şişlərinin inkişafına kömək edir. Alimlərin “bağırsaq şişləri üçün yanacaq” adlandırdığı süni fruktozanın insan üzərində təsirlərini tədqiq edəcəklər.

 

Tədqiqat nəticəsində eyni effektin, həmçinin məişət şəkərinə də şamil oluna biləcəyi cavablandırılmayıb. Araşdırma konkret cavablardan hələ uzaq olsa da, alimlər orqanizmi bağırsaq poliplərinə meyilli şəxsləri tərkibində sənaye üsulu ilə hazırlanmış fruktoza olan qida və içkilərdən uzaq olmağı tövsiyə ediblər (AZƏRTAC).

 

(Visited 113 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir