“Bu gün “Halal” məhsul standartlarının verilməsi ilə bağlı əhali və sahibkarlar arasında yanlış fikir formalaşıb”, –Medpress.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (QTA) sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, halallıq göstəricisi və halal standartının olması təhlükəsizlik göstəricisi deyil: “Halal standartı sertifikatı verilməsi məcburi xarakter daşımır və könüllü olmalıdır”.
Q.Təhməzli bildirib ki, QTA halal sertifikatı verməyəcək: “İstənilən sahibkar öz istəyi ilə istənilən sertifikatlaşma qurumuna müraciət edərək oradan bu sertifikatı alıb, “halal” məhsullar istehsal edə bilər.
Ancaq bir daha vurğulayıram ki, bu, məcburi deyil və hər bir şirkət halal standartı sertifikatı almaq məcburiyyətində deyil. Yalnız halal məhsullar istehsal edən şirkətlər bu sertifikatı almalıdırlar”.