Süd barərdə bilmədiyiniz şok faktlar

Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Bəs südün zərərlərini necə bilirsinizmi? 

 

 Medpress.az bu dəfə diqqətinizə südün faydalarını və zərərlərini çatdırır.

 

Hamı bilir ki, süd sümüklər üçün çox faydalı məhsuldur. Rusiya alimlərinin son araşdırmaları zamanı məlum olub ki,  süd həmçinin beyin üçün də çox faydalıdır. Araşdırmada yaşlı insanlar iştirak edib. 60 iştirakçını 2 qrupa bölüblər: 1-ci qrupa hər gün süd içirdilib, 2-ci qrup isə süd verilməyib. Bundan sonra alimlər araşdırmada iştirak edənlərin beynini müayinə ediblər. Məlum olub ki, süd içən qrupun iştirakçılarında beyin aktivliyi daha yüksək səviyyədədir. Alimlər südün tərkibində beyinə yaxşı təsir edən maddələrin mövcudluğunu bildiriblər.

 

Araşdırmalar göstərib ki, südün qəbulu zamanı orqanizmdə “qlutation” adlı maddə əmələ gəlir. Bu maddə orqanizmdə turş mühitin əmələ gəlməsinə səbəb olur. Bu mühit isə beyinin yaşlanmasını ləngitmək xüsusiyyətinə malikdir. Alimlərin fikrinə görə orqanizmdə “qlutation”un yüksək səviyyəsi tək beyinin deyil, ümumiyyətlə bütün orqanizmin qocalmasını ləngidir. Bu səbəbdən alimlər əks-göstərişlər və ya dözümsüzlük olmadıqda südü gündəlik rasiona daxil etməyi tövsiyə edirlər.

 

Lakin bütün bu deyilənlərə baxmayaraq, təbii südün insan orqanizminə bəzi məqamlarda ziyan verə biləcəyi də istisna deyil. Saxlanma şəraiti düzgün olmazsa, süd məhsulları tez xarab olur. Əslində bu o deməkdir ki, o təmizdir, tərkibində əlavə qatqılar yoxdur. Süd məhsulları otaq temperaturunda üç gündən sonra qıcqırmalıdır. Günümüzdə süd məhsullarının ömrünü uzatmaq üçün quru süddən hazırlanmış məhsullar geniş yayılıb. Quru süddən hazırlanan məhsulların yararlılıq müddəti uzun olur. İstehsalçılar mallarını “ölməz” etmək istəyirlər. Əgər bazarda satılan, xüsusən də, xaricdən gətirilən xama, qaymaq və digər süd məhsullarının yararlılıq müddəti üç aydan çoxdursa, bu, tərkibinə çoxlu kimyəvi maddələr vurulan “ölü” məhsul deməkdir. Həmin kimyəvi maddələr südün tərkibindəki canlı bakteriyaları öldürdüyü kimi, insan bədəninə düşəndə də bağırsaqlardakı mikrofloranı məhv edir.

 

Əksər insan çoxlu süd içməyin faydalı olduğunu düşünür. Ancaq aparılan araşdırmalar süddən çox istifadənin uşaqlar üçün zərərli olduğunu bildiriblər. Çoxlu süd bol kalsium demək deyil. Belə ki, çox içilən süd  azyaşlıların böyümə sürətini azaldır. Həmçinin süd, ehtiyac olandan daha çox içilərsə dəmir əksikliyi, qansızlıq yaradar. Bununla yanaşı diş çürümələrinə də gətrib çıxara bilər. Buna görə yatmazadan qabaq süd içdikdən sonra mütləq dişləri fırçalamaq zəruridir. Bununla yanaşı insanda halsızlıq, yuxusuzluq yaratması da mümkündür. İnək südü isə bəzi insanlarda qaz yaradır. Həssas şəxslərə allergiya verə bilər. Çox nadir olsa da bəzi hallarda bulantı, qusma halları da baş verə bilər. Araşdırmalar zamanı ən çox süddən istifadə edən ölkənin ABŞ olduğu məlum olub. İldə adambaşına 130 litr süd istifadə edilən ölkədə bu məhsulun törətdiyi fəsadlar da az deyil. Sümük qırıqları və sümük əriməsi xəstəliklərinin də ABŞ-da tez-tez müşahidə edildiyi məlum olub.

 

Qeyd edək ki, yaşıl yarpaqlı bitkilər insan vücudunda kalsium ehtiyacını qarşılayır. Həmçinin südü qatıq, pendir və s. ağartı məhsulları ilə əvəzləmək orqanizm üçün daha faydalıdır. (Atv)

 

(Visited 25 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir