Qatıq qan təzyiqinə necə təsir edir? – ARAŞDIRMA

Diyetoloqlar qatığı digər məhsullardan ayrı qəbul etməyi məsləhət görürlər. Qatıq arterial hipertenziyadan əziyyət çəkən insanların rasionunda “çox faydalı” məhsul olaraq adlandırılıb.

 

Medpress.az xarici mətbuata istinadən xəbər verir ki, buna ABŞ-ın Oberen univesitetinin alimləri buna konkret əmindirlər. Onlar bu nəticəyə Braziliyadan olan həmkarları, Vila Velya Universitetinin tədqiqatçıları ilə birgə heyvanlar üzərində aparılan eksperimentdən sonra gəliblər.

 

 Təqdiqatın nəticəsi göstərir ki, qatıqdan istifadə beynin spesifik fermentinin istehsalını normallaşdırır, onun təsiri altında isə sinir sisteminin funksiyalarının sabitliyi yerləşir. Həmin fermentin fəallaşması sayəsində həzm və sinir sistemi daha ahəngdar qarşılıqlı fəaliyyət göstərir.

 

Hipertoniyadan əziyyət çəkən siçanlarla aparılan eksperiment zamanı 9 həftə mütəmadi qatıq içiriblər. Nəzarətdəki ikinci qrup heyvanlara onu verməyiblər.

Təcrübənin nəticəsi belə olub: qatıq yeyən heyvanlarda təzyiq və bağırsaqların funksiyasına maneələr və təzyiq göstəriciləri yaxşılaşıb, bu da orqanizmin müdafiəsinə patogenlərin çatması üçün vacibdir.

 

Qeyd edilir ki, qatığı alma, armud, giləmeyvələr, demək olar  tərəvəzlərin hamısı kimi təhlükəsiz məhsul hesab etmək mümkündür. Ancaq diyetoloqlar məsləhət görür ki, qatığı öz qidalandırıcı tərkibinə görə digər məhsullardan ayrı qəbul etmək lazımdır. Zəif həzm zamanı isə qatığı birmənalı şəkildə digər məhsullarla qarıçdırmaq olmaz.

 

(Visited 206 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir