Koronavirus xəstələrinin nəzərinə: həkim məsləhəti olmadan bu dərmanları qəbul etməyin

“Bu gün müalicə işi ilə məşğul olan həkimləri narahat edən məsələ xəstələrin stasionarlara ağırlaşmış vəziyyətdə daxil olmasıdır. Ən çox narahatlıq doğuran ev şəraitində aparılan bəzi müalicələrdir. Əhali arasında sosial şəbəkələr vasitəsilə çoxlu sayda reseptlər dolaşır”, – medpress.az xəbər verir ki, bunu dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

 

Şöbə müdiri deyib: “Ev şəraitində hansı dərman preparatları qəbul edilə bilər? Bu, vitamin preparatları və bəzi qandurulaşdırıcı dərmanlardır. Xroniki xəstəliyi olanlar həmin preparatları qəbul edə bilərlər. Lakin digər vətəndaşlar qandurulaşdırıcı preparatları yalnız həkim məsləhəti ilə qəbul edilməlidir və miqdarı da həkim tərəfindən təyin olunmalıdır, çünki bu, ciddi fəsadlara səbəb ola bilər. Bundan əlavə yataq rejimi və bol maye qəbulu tövsiyə olunur”.

 

“Hansı preparatlar həkim təyinatı olmadan qəti qəbul edilə bilməz? Bu, hormonal preparatlar və steroidlərdir. Təəssüf ki, Deksametazon bütün ölkədə geniş istifadə olunur və hətta apteklərdə onu vətəndaşlara məsləhət görürlər. Bu, çox ciddi səhvdir və xəstələrin vəziyyətinin evdə fəsadlaşmasına səbəb olur. Heç bir halda həkim məsləhəti olmadan Deksametozon və steroid preparatı qəbul etmək olmaz. Buraya antibiotiklər və antiviral preparatlar daxildir. Özümüzü ən sadə metodlarla – gigiyenaya əməl etmək, maska taxmaq və məsafə saxlamaqla qorumağa çalışaq”,- deyə Y. Qarayeva bildirib (AZƏRTAC).

 

(Visited 27 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir