R. Bayramlı: “Vaksinasiya başa çatana qədər özümüzü qorumalıyıq”

Maskalardan istifadəni əhalinin böyük kütləsi koronavirusa qarşı vaksinasiya olunana qədər davam etdirməliyik.

 

Medpress.az xəbər verir ki, bunu dekabrın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib.

 

R. Bayramlı deyib: “Xüsusilə də bilmək lazımdır ki, əksər vaksinlər iki dozalıdır. İkinci dozadan ən azı 2-3 həftə keçəndən sonra anticisimlər yaranır. Ona görə də vaksin vurulandan sonra həm özünü, həm də ətrafdakıları qorumaq üçün əhalinin vaksinasiyası başa çatana qədər özümüzü alışdırmalıyıq”.

 

(Visited 13 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir