Adil Allahverdiyev: “Vaksinasiya nə üçün vacibdir?”

Yeni növ koronavirus (COVID-19) infeksiyası ortaya çıxanda onun varlığına inanmayanlar var idi. Daha sonra ətrafında, ailəsində yoluxanlar olduqca bu xəstəliyi anlamağa başladılar.

 

Medpress.az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.

 

O bildirib ki, həmin inamsızlıq indi də vaksinlərlə əlaqədar müşahidə olunur: “Tarixboyu bütün infeksion xəstəliklərə qarşı iki əsas yanaşma olub. Bunlardan birincisi gigiyenik qaydalar, maska taxılması və sosial məsafə prinsipləridir. Digəri isə immunoprofilaktikadır. İmmunoprofilaktika, yəni vaksin vasitəsilə qısa zamanda epidemiya və pandemiyanın qarşısını almaq mümkündür. Vaksin vasitəsilə biz vücudun immun hüceyrələrini baş verəcək təhlükə ilə tanış edirik. Nəticədə immun sistemini virusla mübarizədə hazır vəziyyətə gətiririk. Hansı yolla əldə edilirsə edilsin, vaksinin əsas hədəfi immun sistemini aktiv hala gətirməkdir. Bizim hər birimiz peyvəndə inanmalıyıq. Bu, bizim hər birimizin sağlığıdır. Vaksinasiya olunmaq insanın özünün, ailəsinin, hətta ölkəmizin sağlamlığıdır”.

 

(Visited 21 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir