Koronavirus xəstəsinin sağalmasını ləngidən yeməklər

Dünyada hər gün yüzminlərlə insan koronavirusa yoluxur və təqribən eyni sayda insan bu xəstəlikdən sağalır. Təbii ki, bu prosesin sürətləndirilməsi üçün insanların qida məhsullarına xüsusi diqqət yetirməsi çox vacibdir. Mütəxəssislərin fikrincə, koronavirusa yoluxan xəstələrin pəhriz yeməklərinə heyvan və bitki mənşəli faydalı yağların əlavə olunması zəruridir. Məsələn, avokado.

 

Medpress.az tibb saytlarına istinadla bildirir ki, avokado bu sahədə ən qiymətli meyvələrdən sayılır.

 

Kətan, zeytun və kərə yağı da daxil olmaqla müxtəlif növ yağlara xüsusi diqqət yetirilməlidir. Ancaq koronavirusun müalicəsi zamanı sağalma prosesini ləngidən və bədəni zəiflədən şirin məhsullardan, xəmirli yeməklərdən və buna bənzər digər kulinariya məhsullarından tamamilə imtina edilməlidir. “COVID-19”-a yoluxan zaman bu məkrli patogendən daha tez xilas olmaqdan ötrü biz hamımız immunitet sisteminin güclənməsinə kömək etməliyik.

 

Koronavirusa yoluxanlar zülallı məhsullara toyuq, balıq və krevetlərə, müxtəlif növ dənli bitkilərə, meyvə və tərəvəz salatlarına üstünlük verməlidir. O cümlədən, göyərti xəstənin masasından mütləq əskik olmamalıdır. Ümumiyyətlə, yaxşı iştaha onu göstərir ki, xəstənin vəziyyəti davamlı olaraq sağalmağa doğru gedir (AZƏRTAC).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir