Autizmli xəstələrlə bağlı yeni layihə hazırlanır

Autizmli xəstələrə qoyulan diaqnoz 18 yaşdan sonra da dəyişdirilməyəcək və ömürlərinin sonuna qədər məhz bu diaqnozla tanınacaq.

 

Medpress.az report-a istinadla bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

 

Onun sözlərinə görə, hazırda qanunvericilikdə əlilliyin müəyyən olunması ilə bağlı meyarlar mövcuddur: “Sağlamlıq imkanları məhdud olan həmin şəxslərə 18 yaşına qədər autizm xəstəsi diaqnozu qoyulur. Həmin yaşdan sonra onlar sağlamlıq imkanları məhdud insanlar sayılmır və başqa fərqli diaqnoz qoyulur. Bu da həmin insanın həyatına təsir edir, əmək bazarında işə götürülmür, cəmiyyətdə özlərini tapmalarına maneə yaradır”.

 

Mətin Kərimli qeyd edib ki, mövcud meyarlarda dəyişiklik edilməsi qərara alınıb və yeni layihə hazırlanır: “Layihəyə əsasən, autizmli şəxslərə 18 yaşından sonra başqa diaqnoz qoyulmayacaq və elə həmin xəstəliklə də qeydiyyatda olacaqlar. Hazırda Səhiyyə Nazirliyi ilə bir çox məsələlər müzakirə olunur. Gələcəkdə autizm xəstələrinin həyatları boyu bu diaqnozla qeydiyyatda olması təmin ediləcək. Bu da həmin insanlara olan yanaşmanı dəyişəcək”.

 

(Visited 32 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir