Duzdan istifadə ilə allergiya arasında əlaqə tapıldı

Alimlər duzdan istifadə və allergik reaksiya arasında əlaqə tapıblar. Münhen Texnika Universitetinin alimləri araşdırma zamanı xəstələrin dərinin xroniki iltihabı xəstəliyinin (atopik dermatit) nümunələrini öyrəniblər. Müəyyən olunub ki, dərinin zədələnmiş sahələrində natriumun səviyyəsi normadan 30 dəfə yüksəkdir.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbər görə, eyni zamanda o da müəyyən edilib ki, natrium xloridin T-hüceyrələrinə təsiri nəticəsində böyük miqdarda IL-4 və IL-13 zülalı istehsal edir. Bu birləşmələr orqanizmin qazanılmış immun cavabında mühüm rol oynayır.

 

Bununla yanaşı, onların çoxluğu dərinin iltihabi xəstəliklərin sürətli inkişafına səbəb ola bilər.

 

Alimlər diqqəti ona yönəldirlər ki, T-hüzeyrələrinə natrium xloridin təsirinin dayanmasından sonra allergiq reaksiyalar nəzərəçarpacaq dərəcədə aşağı düşməyə başlayır.

 

(Visited 95 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir