Koronavirus daha 36 can aldı: 1703 yoluxma, 4359 sağalma

Azərbaycanda koronavirus infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 4 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Medpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 36 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 211 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2 416 nəfər vəfat edib. Hazırda 49 103 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 300, bu günə qədər isə ümumilikdə 2 129 291 test icra olunub.

 

(Visited 15 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir