Doktor Hans Klyuge: Koronavirusa yoluxma qorxusu psixi sağlamlığa təsir edəcək

Mütəxəssislərin fikrincə, koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında hələ uzun müddət hiss olunacaq.

 

Medpress.az BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri doktor Hans Klyuge bəyan edib.

 

O xatırladıb ki, Beynəlxalq Əmək Təşkilatları tərəfindən aparılan sorğulara görə, 19-29 yaşında olan hər ikinci gənc həyəcan və ya depressiya yaşayır. ÜST-nin təmsilçisi vurğulayıb ki, bu tendensiya digər yaş qruplarına da aiddir. Adətən belə xəstəliklər tez-tez və daha kəskin formada qış aylarında baş verir ki, bu da pandemiya fonunda əhalinin sağlamlığı üçün çox ciddi təhlükə yarada bilər.

 

H.Klyugenin fikrincə, Yeni il öncə ən yaxşı hədiyyə insanların həm öz, həm də başqalarının psixi sağlamlıqlarının qayğısına qalmaq ola bilər.

 

O, sosial resursları əhalinin ən həssas qruplarının dəstəyinə səfərbər etməyi təklif edib. Bundan başqa, ÜST-ün Avropa bürosunun rəhbəri region hökumətlərini insanların psixi sağlamlığının qorunması proqramlarına vəsait qoymağa çağırıb: “Vaksinlərin artıq əlçatan olması uğurlu gələcəyə ümidimizi artırır. Amma hələ bir neçə ay da dözməliyik”.

 

(Visited 14 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir