Tibb Universitetində yeni ixtisaslar açılacaq – REKTOR

2019-cu ildə Azərbaycan Dövlət Tibb Universitetində 3 yeni ixtisas açılacaq.

 

Medpress.az bildirir ki, bunu “Azərbaycanda İnsan Kapitalı üzrə forum”da Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

 

Onun sözlərinə görə, universitetdə vacib və strateji istiqamətlər yeni, bu gün və sabah lazım olan ixtisasların açılmasıdır: “Çünki bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Onlar üçün həm iş yerləri tapmaq çətin olur, həm də əlavə sosial problemlər yaradır”.

 

Rektorun fikrincə, Azərbaycan Tibb Universitetində dünyada tələb olunan ixtisasları açılmalıdır: “2019-cu ildə qeyd etdiyimiz ixtisasların üçü açılacaq”.

 

Gəray Gəraybəylinin dediyinə görə, aparılan islahatların vacib bir hissəsi tələbələrin biliklərini bacarıqlara yönəltməkdir: “Çünki çox vaxt tələbələrin nəzəri bilikləri təcrübi biliklərinə nisbətdə kifayət qədər yüksək olur. Tələbələrin təcrübi bilikləri hələ də arzu olunan səviyyədə deyil”.

 

 

(Visited 72 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir