Azərbaycanın rayonlarında həkimlərin sayı azdır – AÇIQLAMA

“Bu gün Azərbaycanda həkimlərin və reabilitasiya işçilərinin sayı orta Avropa göstəricilərinə yaxındır”.

 

Medpress.az bildirir ki, bu haqda “Azərbaycanda İnsan Kapitalı üzrə forum”da Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva məlumat verib.

 

Onun sözlərinə görə, həkimlərin sayına görə şəhər və rayonlarda çox böyük qeyri-bərabərlik var: “Mənə elə gəlir ki, islahatlar aparıldıqca bu rəqəmlər də dəyişəcək”.

 

Zəkiyyə Mustafayeva deyib ki, artıq bir neçə ay əvvəl prezident İlham Əliyevin təlimatı ilə əlilliyin qarşısının erkən alınması ilə bağlı milli fəaliyyət planı təsdiq olunub: “Planın əsas iştirakçısı Səhiyyə Nazirliyidir. Eyni zamanda, planın icrasında digər dövlət qurumları da iştirak edir. Plana əsasən çoxsaylı tədbirlər həyata keçiriləcək”.

 

 

 

(Visited 110 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir