Koronavirus daha 41 can aldı: 4273 yoluxma, 4164 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4273 yoluxma faktı qeydə alınıb, 4164 nəfər müalicə olunaraq sağalıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

 

Hazırki dövrədək ölkəmizdə 183 min 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 119 min 5 nəfər müalicə olunaraq sağalıb, 2007 nəfər vəfat edib. Aktiv xəstə sayı 62247 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 980 min 579 test aparılıb. Bugünkü test sayı isə 17231-dir.

 

 

(Visited 12 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir