Xəstə həkimi güllələyib intihar etdi

Sankt-Peterburq klinikasında xəstə həkimi güllələyəndən sonra özünü də öldürüb.

 

Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, naməlum kişi şəhərin Mərkəzi rayonundakı tibb müəssisələrindən birinə yardım üçün müraciət edib, sonra onu müayinə edən klinikanın əməkdaşına iki travmatik tapançadan atəş açıb. Yaralanan tibb işçisi sağ qalıb., ölümə sui-qəsdlə bağlı cinayət işi qaldırılıb.

 

Digər məlumata görə, atəş açan “İnsam” şərq tibb mərkəzinə gəlib. Ora yumeyxo – iynə terapiyası üzrə ixtisaslaşıb, eləcə də “kosmik prosedurlar” təklif olunur. Kişi həkimə üç dəfə atəş açsa da, o, yüngün yaralanıb.

 

Müstəntiqlər hücum edənin ekstremist motivləri ehtimalını yoxlayır. Tibb mərkəzində əcnəbi soyadlı – Kim, Xvan, Leqay kimi çox sayda mütəxəssisin işlədiyi bildirilir.

 

 

(Visited 52 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir