Putin xəstə oğlanın ailəsini Moskvada gəzintiyə dəvət edib

Rusiya prezidenti Vladimir Putin Başqırdıstandan olan 15 yaşlı ağır xəstə oğlan Arslan Kaipkulovun ailəsini Yeni il qabağı Moskvada ekskursiyaya dəvət edib. Dövlət başçısı bununla da Arslanın 1 nömrəli bortun – İl -96-300-ə düşməklə bağlı onun arzusuna çatmasına da yardım edib.

 

Medpress.az xəbər verir ki, Putin yeniyetmədən Rusiya paytaxtını görməsinin mümkün olub-olmaması ilə də maraqlanıb. “Əgər siz əleyhinə deyilsinizsə, həm sizə, həm də onun üçün maraqlı olardı”, – o, Kaipkulovun anasına telefonla danışanda müraciət edib.

 

Qadın cavabında deyib ki, Rusiya prezidentinə hədiyyə kimi şarf hazırlayıb. Bundan əvvəl məlum olub ki, Putin Kaipkulovun dövlət başçısının təyyarəsi haqda film çəkmək arzusunu yerinə yetirib. Yeniyetmə üçün İl-96-300-də xüsusi ekskursiya təşkil olunub.

 

“Bu ölkənin ən məxfi təyyarəsidir, ona düşmək mənim üçün şərəfdir”, – o, tədbirdən sonra jurnalistlərə fikirlərini bölüşüb.

 

Dövlət başçısı dekabrda 17 yaşlı Reqina Parpiyevanın ondan müsahibə almaq arzusunu yerinə yetirib. O, 20 dəqiqə qızın suallarına cavab verib. Putin nevə prezident olmasından, bu işin nə qədər çətin olub-olmamasından , Yeni il arzularından danışıb.

 

 

(Visited 46 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir