Nazir pensiyaya çıxmağa hazırlaşanlara xoş xəbər verdi

 “2019-cu ildə pensiyaya çıxacaq şəxslərin 70 faizinin pensiya təminatı avtomatlaşdırılmış formada həyata keçiriləcək”.

Medpress.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi “Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransda bu nazirliyin rəhbəri Sahil Babayev deyib.

 

Onun sözlərinə görə, 2019-cu ildən Azərbaycanda pensiya yaşı tamam olan, pensiya hüququ qazanan şəxslərin 70 faizi heç bir sənəd toplamadan, heç bir idarəyə getmədən doğum günündə pensiya təyinatını alacaqlar: “Ya sms, ya email, ya da məktub vasitəsilə onlara bu barədə məlumat veriləcək. Onlara pensiyalarının məbləği, hansı bankdan kartlarını götürə biləcəkləri barədə məlumat veriləcək. Gələn il digər 30 faiz güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlı da qanunvericilik bazasını hazırlayacağıq”.

 

 

(Visited 82 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir