Ölkədə nə qədər narkoman var? – STATİSTİKA

Əvvəlki illərlə müqayisədə ölkəmizdə qeydiyyata alınan narkotik istifadəçilərinin sayı artıb. 2018-ci ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 31 min 432 nəfər olub. Narkomanların 26 min 346 nəfəri dispanser, 5 min 86 nəfəri profilaktik qeydiyyatdadır.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu məlumatı Respublika Narkoloji Dispanserinin direktoru Araz Manuçehri-Lalei verib. Onun dediyinə görə, ötən il 694 narkoman qeydiyyatdan çıxarılıb: “Narkotik istifadəçiləri arasında 626 nəfəri qadınlar təşkil edir. Onların 480 nəfəri dispanser, 146 nəfəri profilaktik qeydiyyatdadır. Son bir il ərzində 1500 nəfər yeni narkotik istifadəçisi qeydə alınıb. Narkotik istifadəçiləri arasında 25-45 yaş arası olanlar daha çox üstünlük təşkil edir, 15-17 yaşlılar arasında 9 nəfər qeydiyyata alınıb. Onların 5-i dispanser qeydiyyatındadır”.

 

Direktorun dediyinə görə, bəzi narkotik istifadəçilərinin müalicədən sonra yenidən pis vərdişlərə aludə olmaması üçün dispanserdə reabilitasiya şöbəsi yaradılıb. Şöbədə təşkil olunan ən müxtəlif idman məşğələləri, dil və maraq kursları narkotik istifadəçilərini bu zərərli vərdişdən uzaqlaşdırmağa xidmət edir.

 

(Visited 259 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir