Gələcəkdə insanlar istidən yanacaqlar – DƏHŞƏTLİ PROQNOZ

Alimlər qlobal istiləşmənin sürətlənməsi fonunda iqlim və həyat şəraitinin nisbətən sürətlənəcəyi haqda bədbin proqnoz veriblər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, britaniyalı iqlimşünas Maykl Qouv deyib ki, insan sivilizasiyası qlobal istiləşmə tempi üzərində nəzarəti itirib və artıq 2070-ci ildə yayda havanın orta hərarəti indiki səviyyə ilə müqayisədə 5 dərəcə arta bilər.

 

Qouvun fikrincə, bu, çoxlu yağıntılara, böyük daşqınlara, quraqlıqlara və bütöv ekoloji sistemlərin kökündən məhvinə səbəb olacaq.

 

İqlimşünasların verdiyi məlumata görə, qışda da isti olacaq, hərarət 4 dərəcə artacaq. Qouv bildirib ki, bunu yalnız azca “dayandırmaq” mümkündür, ancaq Yerin hərarəti prosesinin tam dayandırılması haqqında artıq söhbət getmir.

 

Qouv hesab edir ki, bu məsələdə əsas zərər çəkən əhali sahilboyu ərazilərdə yaşayanlar ola bilər. Alim qeyd edib ki, 2070-ci ildə yüz milyonlarla əhali risk qrupuna daxil olacaq, 2100-cü ildə isə Yer kürəsinin təxminən milyard sakini ölüm təhlükəsi ilə üz-üzə qalacaq.

 

Bundan əlavə, qlobal istiləşmə kənd təsərrüfatına da ciddi zərbə vuracaq.

 

(Visited 61 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir