Siqaretdən daha ölümcül – HESABAT

Yetərsiz və ya pis qidalanmanın siqaret şəkməkdən daha ölümcül olduğu bildirilir. Qlobal Qidalanma Hesabatında hər 5 ölümdən birinə pis və ya yetərsiz qidalanmanın yol açdığına işarə edilir. Medpress.az xarici mediaya istinadla bildirir ki, 194 ölkədə aparılan araşdırmanım nəticələrinə görə, pis qidalanmanın hər il qlobal miqyasdakı dəyərinin 3,5 trilyon dollara çatdığına diqqət çəkilərək ABŞ-da köklük dəyərinin illik təxminən 500 milyard dollar olduğu ifadə edilib.

 

 

yetərsiz qidalanma

Qida reklamlarına məhdudiyyət qoyulmalıdır

 

Ölkəlrin çoxunda sağlam qidalanmaqla bağlı məqsədlərə nail olunmadığı bildirilən hesabatda yemək reklamlarına məhdudiyyət qoyulması və məktəblərdə sağlam qəlyanaltılara həvəsləndirilmə kimi tədbirlərin artırılmasının zəruriliyi vurğulanıb.

 

Araşdırmanı aparan Con Hopkins Universitetindən Cessika Fanzo Tailandın paytaxtı Banqkokda təşkil olunan qlobal qidalanma konfransındakı çıxışında qidalanmanın xəstəliyə yoluxma və ölüm nisbətindəki amillərin başında gəldiyini ifadə edərək pis qidalanmanın hava çirklənməsi və siqaret çəkməkdən daha təhlükəli olduğunu vurğulayıb.

 

Fanzonun fikrincə, yediklərimiz bizi öldürə bilər, ona görə qidalanma sisteminin yenidən təşkili lazımdır.

 

(Visited 36 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir