Azərbaycana külli miqdarda dərman gətirilməsinin qarşısı alındı

Külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısı alınıb.

 

Medpress.az-a Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, bu tədbir Qərb Ərazi Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində mümkün olub.

 

Daxil olan məlumat əsasında Türkiyədən “Mersedes Benz 2528” markalı, 01 CB 168/01 ZA 568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla ölkə ərazisinə dərman preparatlarının gətiriləcəyi, Qazax rayonu ərazisində digər nəqliyyat vasitələrinə boşaldılaraq realizə ediləcəyi müəyyən edilib.

 

Əməliyyat qrupu nəqliyyat vasitəsini nəzarətə götürüb və “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olduqdan sonra Qazax rayonu, Çaylı kəndi ərazisində yerləşən dayanacaqda bir qrup şəxsin gözləndiyi, eyni zamanda dərman preparatlarının daşınması üçün əvvəlcədən “DAF TE47MS” markalı, 90 DF 262/99 ZA 866 dövlət nömrə nişanlı avtomobilin əraziyə gətirildiyi, bundan başqa ərazidə “Opel-Zafira” markalı, 99 LV 826 dövlət nömrə nişanlı və “QAZ-3302” markalı, 85 BE 759 dövlət nömrəli nişanlı nəqliyyat vasitələrinin dayandığı müəyyən edilib.

 

Tükiyədən gələn “Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsindəki dərman preparatlarının “DAF TE47MS” markalı nəqliyyat vasitəsinə boşaldılması zamanı əməliyyat qrupu prosesə müdaxilə edib və ərazidəki şübhəli bilinən və qeyd edilən nəqliyyat vasitələri saxlanılaraq Tovuz Gömrük Postunun inzibati binasının həyətinə gətirilib. Gömrük baxışı zamanı “Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsinin yük yerindəki qutular boşaldılıb və həmin qutularda mal müşayiət sənədlərində göstərilməyən 419 adda, ümumi sayı 883 min 988 qutu dərman preparatları və mal müşayiət sənədlərində göstərilən 5 adda, ümumilikdə 537 qutu tibbi ləvazimat aşkar edilib.

 

Bundan başqa,  “DAF TE47MS” və “QAZ-3302” markalı avtomobillərə keçirilən gömrük baxışı zamanı isə dərman qutularının yerinə qoyulması məqsədilə gətirilən və 72 qutuda qablaşdırılan 3 adda, ümumilikdə 20 800 ədəd tibbi ləvazimat aşkar edilib.

 

 

(Visited 51 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir