Qadınların 27 faizi sekslə məşğul olmur – ŞOK STATİSTİKA

Qadınların 20 faizi öz seksual həyatından narazıdır, gözəl cinsin nümayəndələrinin üçdə ikisi ayda bir dəfə, yaxud daha az sevgi ilə məşğul olur. Böyük Britaniyadan olan ekspertlərin sosioloji sorğusunun nəticələri belədir.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, belə hesab edilir ki, kişilər demək olar daim seks haqqında düşünür, amma əgər müasir qadınlar eyni şeyi edərlərsə, onların fikirləri ən kədərli olacaq. Sosioloji sorğu göstərib ki, gözəl cinsin nümayəndələrinin 20 faizi, yaxud hər beşinci qadın öz seksual həyatından məmnun deyil. Sorğuda iştirak edən qadınların yalnız 17 faizi seksual həyat baxımından tam təmin olunduğunu bildirib.

 

Hər onuncu qadın, məlum olub ki, sekslə yalnız ildə bir dəfə (!) məşğul olur. Qadınların üçdə iki hissəsi isə ayda bir dəfə, yaxud daha az sevişməklə məşğul olanda sevindiklərini bildiriblər. Sorğuda iştirak edənlərin yalnız 10 faizi söyləyib ki, həftədə ən azı bir dəfə sevgi xoşbəxtliyinə nail olur. Sorğuda yaşları 30-dan 80-ə qədər olan 2 mindən çox qadın iştirak edib.

 

Rəyi soruşulanların 25 faizi bildirib ki, bəzən seksdən çəkinirlər, çünki yorğunluq hiss edirlər. 13 faiz qorxulu vəziyyətə görə belə edir. Qadınların 11 faizi tərəfdaşı ilə münasibətlərdə səmimiliyin çatışmazlığını hiss edir və daha 11 faiz cinsi münasibət zamanı incidildiyini düşünür.

 

Qadınların 6 faizi tərəfdaşlarının cinsi acizlik (impotensiya) kimi problemləri olduğunu deyib. Qadınların 27 faizi son dərəcə heyrətləndirici açıqlama veriblər, əsasən kimsəsiz, boşanmış və ya dul qalmış qadınlar bildiriblər ki, sekslə heç məşğul olmurlar.

 

Araşdırma onu da göstərib ki, yaşları 30-dan 44-ə qədər olan qadınlar öz seksual həyatlarından minimum səviyyədə məmnundurlar. Məhz onlar sekslə daha tez-tez məşğul olurlar.

 

Həmin yaş qrupunda olan qadınların dörddə biri öz seksual həyatından razı deyil, 11 faizi isə çox təmin olunmayıb. Bu zaman yaşları 65-dən 80-ə qədər olan qadınlar sekslə tez-tez məşğul olub-olmadıqları ilə bağlı suala şəxsi işləri olduğu səbəbindən cavab verməyiblər.

 

Ekspertlər iddia edir ki, cütlüklərin çoxu seksə ər-arvad vəzifəsi kimi yanaşır. Ona görə ki, onlar çox məşğuldurlar, yaxud əsl həzz almaq üçün yorğundurlar.

 

(Visited 449 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir