Hər gün pendir yeməyin inanılmaz təsiri – MARAQLI

Alimlər pendirin yeni xüsusiyyətini aşkara çıxarıblar.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan Universitetinin professorları onun aludəçilik yaratdığını açıqlayıblar.

 

500 nəfərin iştirakı ilə keçirilən araşdırma göstərib ki, pendir də narkotik kimi asılılıq yaradır. Alimlər bunu pendirin tərkibindəki “kazein” adlı maddə ilə əlaqələndiriblər. Bir həftə müddətində hər gün az da olsa pendir yesəniz, onun aludəçisinə çevrilə bilərsiniz.

 

Araşdırmaçılar bildirirlər ki, dünyanın ən çox aludəçilik yaradan qidalarından biri hesab edilən pizza bu ünvanı tərkibindəki pendir sayəsində əldə etmiş ola bilər.

 

Bir insanın ildə təxminən 35 kiloqrama yaxın  pendir yediyi bildirilir.

 

 

(Visited 217 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir