Mahnı oxuya-oxuya beyin əməliyyatı olundu…

19 yaşlı Kira Lakonetti cərrahlar beynində əməliyyat aparan zaman Uizerin “Island in the Sun” mahnısını oxuyub. Medpress.az xarici mediaya istinadən bildirir ki, Kira müğənnidir və əməliyyat zamanı oxuması cərrahların onun beynindəki “musiqi” şöbəsinə təsadüfən toxunmaması üçün vacib olub.

 

beynində əməliyyat mahnısını oxuyub

 

Vaşınqton ştatının Sietl şəhərindən olan Kiranın yaxınlarda qəribə problemləri başlayıb: o, musiqi dinləyəndə, yaxud oxuyanda qəribə “ifaları” başlayıb və hər sözdə kəkələyib. Müayinə zamanı onun beyninin sağ gicgah payında şişli kiçik bir kürəcik aşkar olunub. Şiş xoşxassəli olub, ancaq qızın qəribə nevroloji pozuntularına gətirib çıxarıb.

 

Cərrahlar şişi qız mahnı oxuya-oxuya götürüblər. Lakin bu, cərrahlara onun beynində oxumağa cavabdeh olan bölgəyə toxunmadan əməliyyatı başa çatdırmalarına kömək edib.

 

Məlumata görə, bu cür pozuntuları olan şəxslərin bir neçə musiqi kompozisiyası dinlədiyi zaman tutmaları başlayır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir