Ən yaxın dostunuzun sizdən xoşu gəldiyinə dair əlamətlər

Uzun müddətdir ki, həyatınızda olan ən yaxın kişi dostunuzun sizdən xoşu gəldiyini düşünür, ancaq buna əmin olmursunuzsa, bu yazımızı sizin üçün paylaşdıq. Həyatınızda olan ən yaxın kişiyə bütün sirrinizi və keçmiş kişi dostunuzala bağlı problemlərinizi izah edirsiniz. Lakin son zamanlar sizinlə daha fərqli və daha çox maraqlandığınımı hiss edirsiniz?

 

Medpress.az xarici mediaya istinadla həmin əlamətləri sizin diqqətinizə çatdırır.

 

Sizi daim güldürməyə çalışırsa

 

Kişilərin çoxunun qadınları güldürməkdən xoşu gəlir. Əgər ən yaxın kişi dostunuz, əhvalınız pis olanda da sizi güldürməyə çalışırsa, bu vəziyyət sizi sevdiyini göstərir. Xoşbəxt olmağınız üçün əlindən gələn hər şeyi edəcəkdir.

 

Sizdən kömək istəyirsə

 

Kişilərin birindən yardım istəyi xeyli çətin bir haldır. Həyatınızda ən yaxın kişi dostunuz sizdən daim kömək istəyir? Ən kiçik məsələlərdə belə sizinlə məsləhətləşmədən hərəkət etmirmi? Bəlkə də əlaqəsi haqqında belə necə hərəkət etməsi lazım olduğunu sizinlə məsləhətləşir və sizin həyatınızda yer almaq istəyir.

 

Sizinlə məşğul olursa

 

Normalda çox insan hər zaman belə deyir: “Əgər bir qızla çox maraqlanırsa, sevdiyindəndir”. Bu ən yaxın dostunuzun sizə kobud davrandığı mənasına gəlməz. Əgər sizinlə maraqlanırsa, daim sizi başdan çıxaracaq, ağlınıza girməyə çalışacaq və unudulmayacaq işlər görməyə çalışır.

 

Gizli-gizli sizi izləyirsə

 

Nə zaman başınızı ona çevirsəniz, sizə baxanda yaxalanırsınız? Nəzərlərini gördükdə başını başqa istiqamətəmi çevirir? Bu mühüm əlamətlərdən biridir.

 

Daima sizinlə çölə çıxmaq istəyirsə

 

Çölə çıxmaq üçün daim sizi axtarır? Əgər sizinlə maraqlanırsa, ilk addımı o atacaqdır. Daima sizinlə təkbətək bir gəzinti planlaşdırmaq istəyirsə, sizinlə sevgili olmaq istədiyinin göstəricisidir. Bu hal eyni zamanda sizə xüsusi bir şeylər danışmaq istədiyini də göstərir.

 

Bir yerə gedərkən hər zaman sizi seçirsə

 

Məktəbdə, işdə, səyahət edərkən və ya küçədə gedərkən daim sizin yanınızda olmaq istəyirsə, bu bir işarə ola bilər. Əgər dostlarınız da uzaqdan baxanda sizi cüt olaraq görürsə, bu vəziyyət sizi sevdiyini göstərir.

 

Mesajlarınıza anında cavab verirsə

 

Mesaj atdıqda sürətli bir şəkildə cavab alırsınızsa, bu vəziyyət sizinlə maraqlandığını göstərir. Çox vaxt ən yaxın dostunuzdan belə dərhal cavab almazsınız. Bu halda, qarşınızdakı insanın sizə nə qədər dəyər verdiyini müşahidə edə bilərsiniz.

 

(Visited 163 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir