Bu qadın kişi səsini eşitmir

Çin sakini olan qadın nadir xəstəlik səbəbindən kişiləri eşitmək qabiliyyətini itirib. Yanvar ayının əvvəlində Futszyan əyalətinin Syamın şəhərindən olan Çen soyadlı qadın qulaqlarında cingilti eşidib, eləcə də daima ürəyi bulanıb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qız xəstəxanaya gedəndən sonra təəccüblə müəyyən edib ki, yalnız qadın səsini seçə bilir.

 

Otolarinqoloq Syaotsin belə ehtimal edir ki, Çen aşağı keyfiyyətli səsləri eşitmək qabiliyyətini itirib. Həkimin fikrincə, xəstəliyin inkişafına stress səbəb ola bilər. Xəstə etiraf edib ki, son zamanlar gecə yarısına qədər işləyib və yatmayıb. Syaotsin qıza müalicə təyin edib və Çenin tezliklə eşitmə qabiliyyətinin qayıdacağını gözləyir.

 

Bu cür qeyri-adilik çox nadir halda baş verir – eşitmə qabiliyyətinin pozulmasına təxminən 13 min xəstədən birində rast gəlinir. Bu cür xəstəyə diaqnoz təyin etmək də asan deyil, çünki həmin şəxs də problemdən xəbərdar olmaya bilər, məsələn, soyuducunun uğultusunu eşitməz və bunu normal hesab edər.

 

(Visited 77 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir