Rusiyada dəhşətli ailə faciəsi, kütləvi qırğın törədildi

Başqırdıstanın Uçala şəhərində yanvarın 13-də gecə amansız qətl baş verib – sərxoş vəziyyətdə olan 34 yaşlı Artur İbrahimov evdəki münaqişədən sonra qonşuya qaçan arvadının arxasınca gəlib. O, silahdan qonşuluqdakı ərlə-arvadı və digər qonşusu – polisi güllələyib. Üç və beş yaşlarında uşaqlar xəsarət almayıblar.

 

Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, qadın yerindəcə ölüb, onun əri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Səsə bayıra çıxan digər qonşu da güllələnib.

 

Artur İbrahimov qonşularını güllələyəndən sonra arvadını və MP-155 12 kalibrli ov tüfəngini götürərək cinayət yerindən uzaqlaşıb. Polis yubanmadan axtarışa başlayıb, rayon ərazisindəki bütün yollar bağlanıb.

 

Ancaq sonradan yaşayış məntəqəsinin ərazisində şübhəlinin və arvadının meyitləri aşkarlanıb. İlkin məlumata görə, kişi öz arvadını güllələyəndən sonra öz həyatına da qəsd edib.

 

Cinayətin bəzi təfərrüatları açıqlanıb. Məlumata görə, içkili kişi yanvarın 13-də gecə arvadı ilə mübahisə edib. Qadın həyatına təhlükə ola biləcəyindən ehtiyatlanaraq qonşuya qaçıb. Kişi isə silahı götürərək arvadının arxasınca gedib və orada qarşısına çıxan hər kəsi güllələyib.

 

(Visited 128 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir