Azərbaycanda hazırlanan spirtli içkilərlə bağlı ŞOK AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ictimai iaşə müəssisələri sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

 

Medpress.az xəbər verir ki, o, 2018-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında insanların kütləvi şəkildə qidalandığı belə yerlərdə sahibkarları daha diqqətli olmağa çağırıb.

 

Qoşqar Təhməzlinin fikrincə, Azərbaycanda qanunsuz məşğulluq məsələsi əsas problemdir: “Həmin yerlərdə çalışanların tibbi müayinədən keçirilməsi bizim məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai iaşə obyektlərində çalışanların tibbi müayinədən keçmədən qida məhsullarının hazırlanması nəticəsində meydana çıxır”.

 

Agentlik sədrinin sözlərinə görə, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir: “Bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qanunsuz işə götürülür və bu da insanların sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də həmin şəxslər mütləq tibbi müayinədən keçməlidirlər. Araşdırmalarımız nəticəsində həm də kustar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı məlum olur. Bu içkilər ictimai iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur”.

 

 

 

 

(Visited 92 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir