Spirtli içki və kofenin yeni faydası AÇIQLANDI

Kaliforniya universitetinin alimləri müəyyənləşdiriblər ki, spirtli içkini orta miqdarda qəbul edənlər, bundan tamamilə imtina edənlərdən çox yaşayırlar.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, 90+Study-un  uzunömürlülüyün səbəbinin aşkar edilməsi məqsədilə apardığı araşdırmada 1,6 mindən çox insan iştirak edib. 2003-cü ildən başlataraq, hər 6 aydan bir könüllülər nevroloji və neyropsixoloji testlərdən keçiblər, eləcə də koqnitiv və fiziki tapşırıqları yerinə yetiriblər.

 

Alimlər eləcə də sınananların qida rasionu, fiziki fəallıq, xəstəlik tarixi və qəbul etdikləri dərmanları müəyyənləşdiriblər.

 

Məlum olub ki, orta miqdarda spirtli içki və kofe içənlər onları qəbul etməyənlərdən fərqli olaraq 90 yaşa qədər yaşayıblar.

 

Tədqiqatçılar onu da müəyyənləşdiriblər ki, yaşları 90-dan yuxarı olan insanların 40 faizdən çoxu demensiyadan (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) əziyyət çəkib, təxminən 80 faizi əlil olublar.

 

 

 

(Visited 97 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir