Marixuana epilepsiya xəstələri üçün dərman ola bilərmi?

Böyük Britaniyada marxiuananın müalicə məqsədi ilə leqallaşdırılmasından sonra britaniyalı valideynlər uşaqlarına epilepsiyaya qarşı marixuana yazmaq üçün pediatrların üzərinə hücum çəkurlər. Həkimlər isə valideynlərə marixuananın bu xəstəliyi müalicə etmədiyini başa sala bilmirlər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, həkimlərdən marixuana respeti tələb edən valideynlərin sayı artıq bir neçə yüzə çatır. Böyük Britaniyada 20 min uşaq epilepsiyadan əziyyət çəkir və adi müalicəsi mümkün deyil. Lakin ölkənin aparıcı pediatrları etiraf edirlər ki, valideynlərin bir çoxunun marixuananı epileptik tutmalar zamanı dərman hesab etmələri daha çox qorxuludur.

 

Britaniyalı pediatrla etiraf edirlər ki, marixuana tələb edən pasiyentlərin sayı ciddi artıb. Mütəxəssislər isə marixuananın epilepsiyaya qarşı mübarizədə xeyirli olması ilə bağlı proqnozları daha ehtiyatlı verirlər.

 

 

 

 

(Visited 179 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir