Qardaş böyrəyini bacısına verdi – AZƏRBAYCANDA

Respublika Müalicəvi Diaqnostika Mərkəzində cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə xəstə üzərində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

 

Medpress.az-a mərkəzdən verilən məlumata görə, əməliyyat olunan 26 yaşlı qadın xeyli vaxt  böyrək çatışmazlığından əziyyət çəkib. Donor xəstənin qardaşı olub. Xəstənin həyat yoldaşı donor olmağa razılıq versə də, qadının qardaşı öz böyrəyinin birini bacısına vermək qərarına gəlib.

 

Cərrah Rəşad Şolanın dediyinə görə, transplantologiyada ən böyük problem donorluqdur: “Lakin xəstə elə bir ailədən idi ki, ailə üzvlərinin hamısı donor olmağa hazır idi. Düşünürəm ki, bu, çox təqdirəlayiq bir nümunədir. Belə ailədən örnək götürməyə dəyər!”.

 

(Visited 53 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir