Kişinin gözündən qanlı göz yaşı axdı

Hindistanda gözündən qanlı göz yaşları gələn kişi xəstəxanaya gedib.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, 22 yaşlı kişi Hindistanın Cənubi Andaman adasındakı Port-Bler şəhərindəki tibb institutuna müraciət edib. Onun gözündən qəfildən qanaxma ikinci dəfə təkrarlanandan sonra hindistanlı həkimə müraciət etmək qərarına gəlib. Qanaxma kimi kəsilməsi də qəfildən olub.

 

Mütəxəssislər mümkün testlər keçiriblər, nəticədə xəstə tam qaydasındadır. Laxtalanmanın göstəriciləri və qan kapilyarlarının möhkəmliyi yoxlanılıb. Nəticədə ona hemolakriya diaqnozu qoyulub – bu, çox nadir hadisədir ki, göz yaşları ilə birlikdə gözdən qan gəlir. Səbəbi isə müəyyənləşdirilməyib.

 

(Visited 242 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir