Havanın çirklilik səviyyəsi seksual sağlamlıqla birbaşa bağlıdır. Alimlər qeyd edirlər ki, zəhərli maddələrin udulması, çirklənmiş hava qan damarlarının iltihabına və cinsiyyət orqanlarında oksigen çatışmazlığına səbəb ola bilər. Bu da bir tərəfdən kişinin erektil disfunksiyanın inkişafına gətirib çıxara bilər.
Medpress.az-ın xarici mətbuata istinadən vediyi xəbərə görə, hələ 2017-ci ildə ABŞ-da 400 kişinin iştirakı ilə araşdırma aparılıb. Məlum olub ki, çirkli hava ilə daha çox nəfəs alanlarda yataqda uğursuzluq riski 15 faiz yüksək olub.
İndi buna bənzər nəticəyə Çinin Quançjou Tibb universitetinin alimləri gəliblər. Məlum olub ki, uzun müddət işlənmiş qaların və benzin buxarına məruz qalan siçanlarda ehtiras problemi yaranıb.
Bu araşdırma Böyük Britaniyanın Səhiyyə Nazirliyinin çirklənmiş havanın sağlamlığa mənfi təsiri ilə bağlı qiymətləndirməsi ilə üst-üstə düşür. Çirklənmiş hava eyni zamanda ürək xəstəliyi, iflic və ağ çiyər xərçəngi riskinin artmasına da gətirib çıxara bilər.